İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizeri qəbul etmişdir
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
07 may 2011, 13:30
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə cüdoçuların Bakıda keçirilən Qran-Pri turnirinə ölkəmizin ev sahibliyi etməsindən məmnunluq ifadə olundu, Azərbaycan cüdoçularının bu turnirdə yaxşı nəticələr əldə etdikləri vurğulandı. Görüşdə, həmçinin ölkəmizdə idmana göstərilən yüksək dövlət qayğısından danışıldı, cüdoçuların Bakıda keçirilən Qran-Pri turnirinin önəmi qeyd edilərək bu tədbirin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.