logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

Text size icon-size icon-size

22 sentyabr 2016, 18:05

Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

İnanıram ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Səudiyyə Ərəbistanının qardaş xalqına daim sülh və rifah diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 16 sentyabr 2016-cı il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi