Gülzar Abbasova və başqalarından, Bakı, Azərbaycan
16 sentyabr 2016, 11:30
Hörmətli cənab Prezident,
Siz ölkəmizdə sosial məsələlərin həllini həmişə diqqət mərkəzində saxlayırsınız. Bunun nəticəsidir ki, əhalinin rifah halının və mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xeyli işlər görülüb. Sizin diqqət və qayğınızı hər bir vətəndaş öz həyatında hiss edir. Bu yaxınlarda bizim ailələrimiz dövlət vəsaiti hesabına tam təmirli müasir mənzillərlə təmin edilmişdir. Bunun üçün Sizə öz minnətdarlığımızı bildiririk. Nə yaxşı ki, varsınız! Allah Sizi qorusun! Biz Sizinlə fəxr edirik!
Hörmətlə,
Bakı şəhəri, Heydər Əliyev prospekti, 64 nömrəli binanın sakinləri
Abbasova Gülzar,
Sapojnikova İrina,
Tahirova Elmira və başqaları - cəmi 8 nəfər.
Azərbaycan Respublikası, Bakı şəhəri.