İlham Əliyev Nikah evinin binasının açılışını edib
08 sentyabr 2016, 10:50
Prezident İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində şəhərin mərkəzində yerləşən Nikah evinin binası ilə tanış olub.
Məlumat verildi ki, bu bina 2005-ci ildə sosial təyinatlı obyekt kimi inşa edilib. Bina əsaslı təmir və yenidənqurma işlərindən sonra Nikah evi kimi fəaliyyət göstərir. Ümumi sahəsi 448 kvadratmetr olan binada regionun ən böyük təntənəli mərasim zalının olması nikah bağlayanlar üçün müxtəlif tədbirlərin təşkili ilə bağlı geniş imkanlar açır. Nikaha daxil olmaq istəyən şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinəsi və onlara tibbi arayışın verilməsi digər tibb müəssisələrinə müraciət edilmədən bilavasitə burada həyata keçiriləcək. Həmçinin burada nikahı qeydiyyata alınanlar üçün otaq ayrılıb, təntənəli mərasimlərin təşkilinə və əməkdaşlara lazımi şərait yaradılıb.