logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Coko Vidodoya

Text size icon-size icon-size

16 avqust 2016, 18:10

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 15 avqust 2016-cı il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi