İlham Əliyev Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vadim Zaytsevi qəbul etmişdir
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
03 may 2011, 18:00
Prezident İlham Əliyev Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vadim Zaytsevi qəbul etmişdir.
Vadim Zaytsev Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlət başçısına çatdırdı.
Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın önəmi qeyd olundu, təhlükəsizlik sahəsində əlaqələri genişləndirməyin zəruriliyi bildirildi.
Dövlət başçısı Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş etdi.