Mətanət Əfəndiyevadan, Bakı, Azərbaycan
Text size


06 avqust 2016, 12:00
Möhtərəm cənab Prezident.
Sənət sahəsindəki əməyimi yüksək qiymətləndirərək məni “Əməkdar Rəssam” fəxri adı ilə təltif etdiyiniz üçün şəxsən öz adımdan və ailəm adından Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.
Sizin Azərbaycan mədəniyyətinə və incəsənətinə olan böyük qayğınız sayəsində biz sənət adamlarının hələ çox uğurlar qazanacağına və ölkəmizin sənət xəzinəsinə dəyərli töhfələr verəcəyinə əminəm.
Hörmətlə,
Əfəndiyeva Mətanət.
Azərbaycan Respublikası, Bakı şəhəri.