logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Bronislav Komorovskiyə

Text size icon-size icon-size

02 may 2011, 18:00

Hörmətli cənab Prezident,

Polşa Respublikasının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və bütün Polşa xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Polşa əlaqələri dostluq və əməkdaşlıq zəminində müvəffəqiyyətlə inkişaf etməkdədir. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, iş birliyimizin dərinləşdirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 18 aprel 2011-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi