logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Niderlandın Kraliçası Ülyahəzrət Beatriksə

Text size icon-size icon-size

29 aprel 2011, 18:00

Ülyahəzrət, 

Ölkənizin milli bayramı – Kraliça günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 

Ümidvaram ki, Azərbaycan-Niderland münasibətlərinin, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. 

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Niderland xalqına sülh və rifah diləyirəm. 

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 aprel 2011-ci il. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi