“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size
18 iyul 2016, 18:25
Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilsin.
2. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi dərc edilsin (əlavə olunur).
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyul 2016-cı il.