logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İtaliya Respublikasının Baş naziri Zati-aliləri cənab Matteo Renziyə

Text size icon-size icon-size

13 iyul 2016, 13:55

Hörmətli cənab Baş nazir,

İtaliyanın cənubunda sərnişin qatarlarının qəzaya uğraması nəticəsində çox sayda insanın tələf olması və xəsarət alması xəbəri məni son dərəcə kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 iyul 2016-cı il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi