İlham Əliyev Fransa Prezidenti Fransua Olland ilə görüşüb
Text size
09 iyul 2016, 19:25
Prezident İlham Əliyev Varşavada Fransa Respublikasının Prezidenti Fransua Olland ilə görüşüb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Münaqişənin danışıqlar yolu ilə həllinin məqsədəuyğunluğu bildirildi. Fransa Prezidenti bu məsələnin həllinə fəal dəstək verəcəyini vurğuladı.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıldı.