Əmir Əliyevdən, Lerik, Azərbaycan


09 iyul 2016, 11:30
Hörmətli cənab Prezident.
Oğlum Vüsal Əliyev hərbi xidmətini yerinə yetirərkən Qazax rayonunda istiqamətində şəhid olub. Bir ata kimi oğul itkisinə üzülsəm də, onun Vətən uğrunda şəhid olması və adının dövlətimiz tərəfindən uca tutulması mənə təskinlik verir. Oğlumun dəfn mərasiminin yüksək səviyyədə təşkil edilməsi, bizə dəstək verilməsi qəlbimizi qürur hissi ilə doldurdu.
Cənab Prezident, şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya, maddi və mənəvi dəstəyə görə şəxsən öz adımdan və ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildirirəm. İnanırıq ki, Sizin rəhbərliyiniz ilə şanlı Ordumuz şəhidlərimizin qisasını alacaq, Dağlıq Qarabağ tezliklə işğaldan azad ediləcək və bütün şəhidlərin ruhu şad olacaqdır.
Hörmətlə,
Əliyev Əmir Fazil oğlu, şəhid atası.
Azərbaycan Respublikası, Lerik rayonu, Noda kəndi.