logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin Polşa Respublikasının Prezidenti Andjey Duda ilə görüşü olub

Text size icon-size icon-size

08 iyul 2016, 22:45

Varşavada  Prezident İlham Əliyevin Polşa Respublikasının Prezidenti Andjey Duda ilə görüşü olub.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edildi. Azərbaycan ilə Polşa arasında ötən dövrdə əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olundu. Müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadiyyat, enerji, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Azərbaycanın NATO və Avropa İttifaqı ilə əməkdaşlığı, Əfqanıstana müxtəlif sahələrdə Azərbaycanın dəstəyi və bir sıra digər məsələlər müzakirə olundu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi