Gəncə şəhəri ərazisinə yağan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
29 iyun 2016, 18:10
Gəncə şəhəri ərazisinə yağan leysan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Gəncə şəhəri ərazisinə yağan leysan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2016-cı il.