İlham Əliyev BP şirkətinin icraçı direktoru Robert Dadlini qəbul etmişdir
Text size
27 aprel 2011, 17:50
Prezident İlham Əliyev BP şirkətinin icraçı direktoru Robert Dadlini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə BP şirkəti arasında uzun illər uğurlu əməkdaşlıq həyata keçirildiyi vurğulandı.
BP şirkətinin icraçı direktoru Robert Dadli icrada olan layihələr üzrə işlərin gedişi barədə Azərbaycan Prezidentinə məlumat verdi.
Görüşdə, həmçinin əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.