logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

24 iyun 2016, 18:14

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında 2016-cı il aprelin 26-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikasının Hökumətinə bildiriş göndərsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2016-cı il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi