logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbadan

Text size icon-size icon-size

21 iyun 2016, 16:10

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Azərbaycan xalqı milli bayramını – Respublika Gününü növbəti dəfə qürurla və böyük sevinc hissi ilə qeyd etdi.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə səmimi təbriklərimi, sülh, xoşbəxtlik və cansağlığı arzularımı çatdırıram.

Qabon xalqı və hökuməti adından, şəxsən öz adımdan dost Azərbaycan xalqına davamlı inkişaf və rifah diləyirəm.

Tarixən dünyaya açıq olan Qabon xalqlarımızın rifahı naminə fəal əməkdaşlıq üçün ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafına daim hazırdır.

Əlamətdar milli bayramınız münasibətilə Sizi bir daha təbrik edirəm.

Zati-aliləri, xahiş edirəm, ən səmimi ehtiramımı qəbul edin.

Hörmətlə,

Ali Bonqo Ondimba

Qabon Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi