Malayziyanın “Petronas” şirkətinin prezidenti və şirkətlər qrupunun rəhbəri Datuk Van Zulkiflidən
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
17 iyun 2016, 17:40
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Müstəqilliyinizin 98-ci ildönümü və Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını “Petronas” şirkəti adından səmimi qəlbdən təbrik etməkdən çox məmnunam. Biz bu əlamətdar bayram münasibətilə Azərbaycan xalqının iftixar və sevinc hisslərinə qoşuluruq.
Azərbaycanın neft və qaz sənayesinin bir hissəsi olan “Petronas” ölkəniz ilə eyni məqsədə, inama və anlaşmaya əsaslanan səmimi və məhsuldar əlaqələrin davam etdirilməsindən məmnundur. Əminik ki, strateji tərəfdaşlığımız daha da güclənəcək və bu, iqtisadi inkişafa böyük töhfələr verəcək.
Zati-aliləri, əlamətdar bayram münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edir, Azərbaycan Respublikasına tərəqqi və əmin-amanlıq arzulayırıq.
Müstəqillik bayramınız mübarək.
Hörmətlə,
Datuk Van Zulkifli
Malayziyanın “Petronas” şirkətinin prezidenti və şirkətlər qrupunun rəhbəri