Maltanın Prezidenti Mari-Luiz Koleyro Prekadan
08 iyun 2016, 17:40
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına Malta xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və əmin-amanlıq, xalqınıza əbədi tərəqqi arzulayıram.
Əminəm ki, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli münasibətlər, o cümlədən neft və qaz sektorunda əməkdaşlığımız bundan sonra da davamlı inkişaf edəcək. Şübhə etmirəm ki, energetika sahəsində tərəfdaşlığımız enerji sektoru ilə yanaşı, digər sahələrdə də işgüzar əlaqələrin vətəndaşlarımızın maraqları naminə genişlənməsinə təkan verəcək.
Hörmətlə,
Mari-Luiz Koleyro Preka
Maltanın Prezidenti