Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qanidən
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
07 iyun 2016, 18:36
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Son illərdə ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı Əfqanıstan xalqının dərin sevincinə səbəb olub. Ötən ilin dekabrında Azərbaycana səfərimdən və ölkələrimiz arasında əlaqələrin və iqtisadi əməkdaşlığın, o cümlədən Lapis Lazuli Dəhlizi layihəsinin reallaşmasına dair fikir mübadiləsindən məmnunluğumu bildirirəm. Bu cür təmaslar qardaş xalqlarımızın mənafeyinə xidmət edir.
Əfqanıstan İslam Respublikası ilə Azərbaycan Respublikasının qarşılıqlı əməkdaşlıq və dostluq əlaqələrinin genişlənməsini arzu edir, Sizə möhkəm cansağlığı və müvəffəqiyyət, dost Azərbaycan xalqına tərəqqi diləyirəm.
Hörmətlə,
Məhəmməd Əşrəf Qani
Əfqanıstan İslam Respublikasının Prezidenti