Aybəniz İbrahimovadan, Salyan, Azərbaycan


02 iyun 2016, 13:10
Hörmətli cənab Prezident,
Sizin 2015-ci ildə “Dünyada ilin adamı” seçilməyiniz ölkəmizdə uğurlu siyasət aparmağınızın nəticəsidir. Hazırda dünyada iqtisadi çətinliklərin mövcud olduğu bir vaxtda Azərbaycan Prezidentinin apardığı islahatlar nəticəsində iqtisadiyyatımız yeni mərhələyə qədəm qoyub. Sizin fəaliyyətiniz bütün dünya ölkələri tərəfindən diqqətlə izlənilir və alqışlanır. 20 ildən artıq müstəqillik tarixinə malik olan Azərbaycanın qazandığı uğurlar, hətta dünyanın nəhəng ölkələri üçün nümunə hesab oluna bilər.
Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etməklə potensialını bütün dünyaya nümayiş etdirib. Ötən il Bakıda keçirilən birinci Avropa Oyunları Avropa ictimaiyyətinə əsl idman bayramı hədiyyəsi idi. Etiraf etməliyik ki, ölkəmizin bu az müddətdə qazandığı böyük uğurlar Sizin adınızla bağlıdır. Azərbaycanın əldə etdiyi uğurlar digər ölkələrin də diqqətini cəlb edir. Məhz görülən işlərin nəticəsidir ki, “The Business Year” şirkəti Sizi 2015-ci ildə “Dünyada ilin adamı” seçib.
Bir daha Qarabağlı kənd sakinləri adından cənab Prezidentimiz, Sizi bu münasibətlə təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Salyan rayonu Qarabağlı kənd ictimaiyyəti adından
İbrahimova Aybəniz Şəkər qızı
Azərbaycan Respublikası, Salyan rayonu