İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
01 iyun 2016, 18:05
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu gün Azərbaycan-İtaliya münasibətləri dinamik inkişaf yolundadır. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verməkdədir.
İnanıram ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi, ölkələrimiz arasındakı ənənəvi dostluq əlaqələrinin daha da genişləndirilməsi naminə birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 31 may 2016-cı il.