logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

2011-ci il martın 2-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Sloveniya Respublikası Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

21 aprel 2011, 21:20

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2011-ci il martın 2-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Sloveniya Respublikası Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tapşırılsın ki, bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Sloveniya Respublikası tərəfini xəbərdar etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2011-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi