TAP-ın icraçı direktoru Yan Bradşoudan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
31 may 2016, 15:00
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız – Respublika Günü münasibətilə Sizi təbrik edir, Cənub Qaz Dəhlizinə və xüsusilə onun Avropa qolu olan Trans-Adriatik boru kəməri (TAP) layihəsinə göstərdiyiniz davamlı dəstəyə görə Zati-alinizə səmimi qəlbdən təşəkkür edirəm.
Mayın 17-də Salonikidə TAP-ın təməlinin qoyulması bu vacib layihənin həyata keçirilməsində tarixi mərhələ oldu. Mərasimdə Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətinin iştirakı tədbirin uğur qazanmasına böyük töhfə verdi.
Zati-aliləri, 28 May - Respublika Günü münasibətilə Sizi TAP-ın əməkdaşları adından və şəxsən öz adımdan bir daha səmimi qəlbdən təbrik edir, Azərbaycan xalqına firavanlıq diləyirəm.
Bu xoş fürsətdən istifadə edərək, ümidvar olduğumu bildirirəm ki, biz TAP layihəsini vaxtında, yəni, 2020-ci ildə təhvil verəcəyik.
Sizə dərin hörmətlə,
Yan Bradşou
TAP-ın icraçı direktoru