logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviyanın Prezidenti Vayra Vike-Frayberqadan, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldindən

Text size icon-size icon-size

31 may 2016, 14:41

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından təbrik edirik. Ölkənizə davamlı tərəqqi, uğurlar və sülh arzulayırıq.

İcazə verin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə yarandığı vaxtdan göstərdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildirək. Sizin himayəniz olmasaydı, Mərkəz bu gün dünyanın ən mühüm məsələlərini müzakirə edən aparıcı beynəlxalq platformalardan birinə çevrilməzdi.

Cənab Prezident, xahiş edirik, Sizə olan yüksək ehtiramımızı və xoş arzularımızı qəbul edin.

Hörmətlə,

Vayra Vike-Frayberqa

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

1999-2007-ci illərdə Latviyanın Prezidenti

İsmail Serageldin

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi