logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikası və Ukrayna arasında 2011-ci il yanvarın 26-da Davos şəhərində imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

21 aprel 2011, 21:05

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası və Ukrayna arasında 2011-ci il yanvarın 26-da Davos şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Ukrayna ərazisinə sıxılmış təbii qazın çatdırılmasının təşkili üzrə əməkdaşlıq haqqında Memorandum;

1.2. Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Ukrayna ərazisindən neftin nəqli sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər barədə Saziş.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Fərmanın 1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Fərmanın 1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Ukrayna Hökumətini xəbərdar etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2011-ci il. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi