İbrahim Cəfərovdan, Gəncə, Azərbaycan


30 may 2016, 19:35
Möhtərəm cənab Prezident.
“The Business Year” jurnalının 2015-ci ildə “Dünyada ilin adamı” mükafatına layiq görüldüyünüzə görə Sizi Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyi, ictimai təşkilatları, professor-müəllim heyəti və tələbələri adından səmimi qəlbdən təbik edirik.
Bu gün müasir respublikamız ictimai-siyasi baxımdan dünyanın ən sabit ölkələrindən biridir. Ölkəmizdə hökm sürən tolerantlıq və multikulturalizm mühiti xalqımıza qürur verən milli-mənəvi dəyərlərdəndir.
Möhtərəm Prezident, universitetimizin bütün kollektivi milli maraqlarımıza xidmət edən çoxşaxəli uğurlu daxili və xarici siyasətinizi ürəkdən dəstəkləyir, bu siyasətin qələbəsi uğrunda mübarizədə öndə olmaqdan qürur duyur, Sizə möhkəm cansağlığı, uzun ömür, müstəqil Azərbaycanımızın daha da tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik.
Hörmətlə,
Cəfərov İbrahim.
Azərbaycan Respublikası, Gəncə şəhəri.