Novruz Əsədovdan, İsmayıllı, Azərbaycan


30 may 2016, 19:10
Çox hörmətli Prezident.
Fəaliyyətinizin beynəlxalq miqyasda yüksək qiymətləndirilməsi, “The Business Year” şirkəti tərəfindən 2015-ci ildə “Dünyada ilin adamı” seçilməyiniz hər birimiz tərəfindən böyük sevinclə qarşılandı, bizi bir daha qürurlandırdı. Sizin rəhbərliyiniz ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfələr verib. Ölkəmiz tarixdə ilk dəfə Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə ona olan etimadı tam doğruldub. Azərbaycan qitələri birləşdirən nəhəng kommunikasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır, beynəlxalq humanitar tədbirlərə ev sahibliyi etməklə sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişafına, multikultural dəyərlərin təşviqinə, sülh və təhlükəsizliyin təmin edilməsinə əməli dəstək göstərir.
İyirmi beş ilə yaxın müstəqillik tarixinə malik Azərbaycanın qazandığı uğurlar hətta dünyanın nəhəng ölkələri üçün nümunə hesab oluna bilər. Etiraf edilməlidir ki, bütün bu nailiyyətlər bilavasitə Sizin adınızla bağlıdır.
Cənab Prezident, bu münasibətlə Sizi qədim tarixə və mədəniyyətə malik Basqal qəsəbəsinin sakinləri adından təbrik edir, Sizə möhkəm cansağlığı, doğma Azərbaycanımızın daha da inkişafı naminə uğurlar, yeni qələbələr arzu edirik. Daim var olun, cənab Prezident!
Hörmətlə,
Əsədov Novruz.
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Basqal qəsəbəsi.