Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkidən
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
28 may 2016, 16:09
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, əziz dostum.
Azərbaycan milli bayramını – 28 May Respublika Gününü qeyd edir. Bu tarix müsəlman Şərqində ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Bu əlamətdar bayram münasibətilə Sizə və Azərbaycan xalqına dərin hörmətimi və dostluq ehtiramımı çatdırıram.
Bu bayramın çox böyük rəmzi mənası var. Qədim tarixə və zəngin ənənələrə malik olan Azərbaycan xalqı bu gün milli dövlət bayramını qeyd edir.
Atanız, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Prezident Heydər Əliyevin və Sizin sayənizdə ölkənizdə dövlət quruculuğu prosesi yenidən dirçəldi və yüksəklərə qalxdı. Bu gün Siz məğrur və müstəqil xalqa rəhbərlik edirsiniz. Bu xalq tərəqqisi, təhsili və müasir ölkəsi ilə fəxr edə bilər. Müasir müstəqil Azərbaycan Respublikasının tarixi baxımdan qısa dövr ərzində əldə etdiyi nailiyyətlər Sizin adınızla bağlıdır. Bu nailiyyətlər Sizin adınızı dünyada mənim şəxsən tanımağımdan şərəf duyduğum görkəmli rəhbərlər sırasına yazdı.
Dərin hörmətlə dostunuz,
Patrik Hikki
Avropa Olimpiya Komitəsinin prezidenti