logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birreldən

Text size icon-size icon-size

28 may 2016, 16:17

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

BP şirkəti Azərbaycan ilə əməkdaşlığın davamlı surətdə genişləndirilməsinə böyük əhəmiyyət verir və bu əməkdaşlığın daha da məhsuldar inkişafına ümid edir. Əminəm ki, BP ilə Azərbaycan Hökuməti arasında dostluq əlaqələri daha da möhkəmlənəcək.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə yeni-yeni uğurlar, Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram.

Hörmətlə,

Qordon Birrel

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi