Xanlar Həşimzadədən, Şəki, Azərbaycan
Text size
28 may 2016, 15:37
Hörmətli cənab Prezident.
Yaradıcılığıma verdiyiniz yüksək qiymətə və məni belə yüksək mükafata layiq gördüyünüzə görə Sizə hədsiz dərəcədə minnətdaram.
Prezident mükafatının mənim karyeramda yeri və önəmi tam başqadır. Bu etimadı doğrultmaq üçün tam gücümlə çalışacağıma və öz uğurlarımla incəsənət həvəskarlarını sevindirəcəyimə söz verirəm.
Cənab Prezident, Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyiniz qayğıya görə Sizə bir daha təşəkkür edirəm.
Hörmətlə,
Həşimzadə Xanlar,
Şəki Dövlət Dram Teatrının aparıcı səhnə ustası.
Azərbaycan Respublikası, Şəki şəhəri.