Litva Respublikasının Prezidenti Dalya Qribauskaytedən
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
27 may 2016, 16:12
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkənizə davamlı inkişaf, çiçəklənmə və əmin-amanlıq arzu edirəm.
Bu xoş fürsətdən istifadə edərək, Litva ilə Azərbaycan arasında müsbət dialoqun, həmçinin ikitərəfli səviyyədə və Avropa İttifaqı çərçivəsində əməkdaşlığın vətəndaşlarımızın ümumi rifahının, təhlükəsizliyinin mühüm və qarşılıqlı səmərəli təminatı kimi davam edəcəyinə olan güclü inamımı ifadə etmək istərdim.
Cənab Prezident, icazə verin, bir daha Respublika Günü münasibətilə təbriklərimi çatdırım.
Xahiş edirəm, ən dərin ehtiramımı və Litva xalqının ən xoş arzularını qəbul edin.
Hörmətlə,
Dalya Qribauskayte
Litva Respublikasının Prezidenti