logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Latviya Respublikasının Prezidenti Raymonds Veyonisdən

Text size icon-size icon-size

27 may 2016, 16:10

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə xoş arzularımla birgə rifah və sülh diləyirəm.

Mən son illər ərzində Latviya ilə Azərbaycan arasında intensiv dostluq əlaqələrinin inkişafını görməkdən məmnunluq duyuram və bunu möhkəmləndirmək üçün Sizinlə birgə işləyəcəyimə əmin ola bilərsiniz.

Zati-aliləri, xahiş edirəm, Latviya xalqı adından və şəxsən öz adımdan ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Raymonds Veyonis

Latviya Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi