27 may 2016, 13:20
Yusif Musayevdən, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.
Apardığınız daxili və xarici siyasətinizi yaxından izləyən bir Azərbaycan gənci olaraq Sizə öz dəstəyimi ifadə etmək istəyirəm. “The Business Year” şirkəti tərəfindən 2015-ci ildə “Dünyada ilin adamı” seçilməyiniz beynəlxalq aləmdə artan nüfuzunuzun, müdrik siyasətinizin göstəricisidir. Bu münasibətlə Sizi səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayıram.
Bir vətəndaş olaraq Azərbaycan dövlətçiliyi və xalqı qarşısında tarixi və müstəsna xidmətlərinizə görə Sizə minnətdarlığımı bildirirəm. Biz Sizinlə fəxr edirik.
Hörmətlə,
Musayev Yusif Ehtiram oğlu.
Azərbaycan Respublikası, Ağdam rayonu.