logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifaidən

Text size icon-size icon-size

26 may 2016, 19:57

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, ölkənizə və xalqınıza isə tərəqqi arzulayıram.

Zati-alinizin səyahət və turizm sənayesinə şəxsən göstərdiyi dəstək dövlətinizin turizmə sosial və iqtisadi inkişafın bir istiqaməti kimi baxdığının və Azərbaycanın dünya turizm arenasında güclü brend kimi təşəkkül tapmasına önəm verdiyinin təzahürüdür.

Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı ilə Azərbaycan arasında yüksək münasibətlərin gələcək illərdə də inkişaf edəcəyinə əmin ola bilərsiniz.

Cənab Prezident, Sizi bir daha təbrik edir və ən yüksək ehtiramımı çatdırıram.

Hörmətlə,

Taleb Rifai

Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının baş katibi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi