logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Avstriya Respublikasının yeni seçilmiş Federal Prezidenti Zati-aliləri cənab Aleksander Van der Bellenə

Text size icon-size icon-size

25 may 2016, 16:00

Hörmətli cənab Van der Bellen,

Avstriya Respublikasının Federal Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Avstriya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Avstriya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 may 2016-cı il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi