İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırıma telefonla zəng edib
Text size
24 may 2016, 17:05
Mayın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırıma telefonla zəng edib.
Dövlətimizin başçısı Binəli Yıldırımı hakim Ədalət və İnkişaf Partiyasının sədri vəzifəsinə seçilməsi və Baş nazir təyin olunması münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.