logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşomedən

Text size icon-size icon-size

18 may 2016, 18:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Milli bayramınız – 28 May Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə Azərbaycan xalqına və Hökumətinə Efiopiya Federativ Demokratik Respublikasının xalqı, Hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan sıx əlaqələrin gələcək illərdə də möhkəmlənəcəyinə əmin olduğumu bildirmək istərdim.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Mulatu Teşome

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi