Hindistan Respublikasının Prezidenti Pranab Mukhercidən
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
17 may 2016, 18:00
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Azərbaycan Respublikasının xalqına və Hökumətinə Hindistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Hindistan və Azərbaycan sıx tarixi və mədəni əlaqələrə əsaslanan dostluq və səmimi münasibətlərə malikdir. Əminəm ki, bizim birgə səylərimiz sayəsində ikitərəfli əlaqələrimiz xalqlarımızın qarşılıqlı mənafeyi naminə inkişaf etməkdə davam edəcək. Hindistan Azərbaycan ilə çoxşaxəli əlaqələrin daha da güclənəcəyinə ümid bəsləyir.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Azərbaycan xalqına inkişaf və firavanlıq arzularımı çatdırıram.
Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz.
Dərin hörmətlə,
Pranab Mukherci
Hindistan Respublikasının Prezidenti