logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Fransanın keçmiş Baş naziri Dominik de Villpeni qəbul edib

Text size icon-size icon-size

27 aprel 2016, 13:20

Prezident İlham Əliyev Fransanın keçmiş Baş naziri Dominik de Villpeni qəbul edib.

Yenidən Bakıya səfər etməsindən məmnunluğunu bildirən Dominik de Villpen iştirak etdiyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun uğurla keçdiyini dedi, iqtisadi və siyasi vəziyyətin asan olmadığı indiki dövrdə Azərbaycanda inkişafın şahidi olduğunu vurğuladı. O, Azərbaycanın uzun illər dostu olduğunu qeyd etdi.

Prezident İlham Əliyev Fransanın keçmiş Baş naziri Dominik de Villpenlə Bakıda və Parisdə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq qonağın Forumda iştirakının əhəmiyyətini vurğuladı.

Görüşdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda müzakirə edilən məsələlərin önəmi qeyd olundu, tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulandı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi