logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

18 aprel 2016, 19:47

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 559; 2010, № 11, maddə 973) ilə təsdiq edilmiş “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 7-ci hissədə “Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və iqtisadi təhlil” sözləri “İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı” sözləri ilə əvəz edilsin.

2. 8-ci hissədə “Xüsusi Rejimli Vergi Xidməti” sözləri “1 saylı Vergilər” sözləri ilə əvəz edilsin.

3. 9-cu hissədə “Vergi Auditi” sözləri “Bakı Vergilər” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 aprel 2016-cı il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi