Sahib Abdurəhimovdan, Şəki, Azərbaycan
15 aprel 2016, 17:48
Hörmətli cənab Ali Baş Komandan!
Vətən oğullarının şəhid olması, torpaq itkisi hər bir azərbaycanlı kimi, məni də narahat edir. Nə qədər səbir etsəm də, artıq dözə bilmirəm. Bu torpaq bizimdir. Şəhidlər də bizdən gedir. Prezident seçildiyiniz zaman and içdiyiniz üçrəngli Azərbaycan bayrağına, müqəddəs Qurani-Kərimə and içirəm ki, könüllü olaraq ön cəbhəyə getmək istəyirəm. Mənim cəbhəyə göndərilməyimə icazə verin. Bir daha xahiş edirəm ki, məni könüllü kimi cəbhə bölgəsinə göndərilməyimə kömək göstərin. Bu Vətən, bu torpaq bizimdir.
Əminəm ki, Qələbə bizimlədir. Torpaqlarımızın işğaldan azad etməyin vaxtı çatıbdır. Bu torpaq uğrunda sevə-sevə döyüşməyə, düşməni məhv etməyə, şəhid olmağa belə hazıram.
Hörmətlə,
Abdurəhimov Sahib Qurban oğlu
DİN-in daxili qoşunlarının ehtiyatda olan zabiti, leytenant
Azərbaycan Respublikası, Şəki şəhəri.