İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşüb
14 aprel 2016, 18:35
Prezident İlham Əliyev İstanbulda Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə görüşüb.
Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin yüksək səviyyədə olması bildirildi, ölkələrimiz arasında dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edildi.
Söhbət zamanı 30-dan çox dövlət başçısının iştirak etdiyi İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin əhəmiyyəti vurğulandı.
Azərbaycan Prezidenti İlham Əliyev Sammitin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi və İslam Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə Türkiyəyə uğurlar arzuladı.
Görüşdə son vaxtlar Dağlıq Qarabağda cəbhə bölgəsində baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıldı.