Balağa Xanverdiyev və başqalarından, Masallı, Azərbaycan
14 aprel 2016, 16:15
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Bir şəhid atası kimi Milli Ordumuzun qələbəsinə mən də çox sevinirəm. Sözsüz ki, şəhidlərimizin ruhu da bu qələbədən sevinir. Düşmənin təxribatına cavab olaraq aparılan əməliyyatlarda torpaqlarımızın bir hissəsinin azad edilməsi hamımızı ruhlandırır. Bizim Tüklə kəndinin bütün ağsaqqalları, ağbirçəkləri və gəncləri Ordumuzun uğurlu əməliyyatlarına ürəkdən sevinir, Sizin daxili və xarici siyasətinizi daim dəstəkləyirlər. Sizə bütün işlərinizdə, o cümlədən torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyətinizdə yeni-yeni qələbələr arzulayırıq.
Hörmətlə,
Xanverdiyev Balağa Əli oğlu, şəhid atası
Eyvaz Qubadoğlu, kənd sakini.
Azərbaycan Respublikası, Masallı rayonu, Tüklə kəndi.