logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Anar Əliyevdən, Gədəbəy rayonu, Azərbaycan

Text size icon-size icon-size

11 aprel 2016, 18:40

Cənab Prezident, Ali Baş Komandan, Sizi ordumuzun qələbəsi münasibətilə təbrik edir, həyatda Sizə cansağlığı, işlərinizdə uğurlar arzulayırıq. Ümummilli liderimiz Heydər Əliyev əbəs yerə deməmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Cənab Prezident, Ali Baş Komandan, apardığınız məqsədyönlü daxili və xarici siyasət nəticəsində təcavüzkar ermənilərin tapdağı altında qalan torpaqlarımız da tezliklə azad olunacaq. İnanırıq ki, məcburi köçkünlər tezliklə heç bir qan tökülmədən sülh yolu ilə öz doğma yurd-yuvalarına qayıdacaqlar. Allah Sizə yar olsun!

Hörmətlə,

Əliyev Anar Maqsud oğlu,

Azərbaycan Respublikası, Gədəbəy rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi