logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Astarada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

Text size icon-size icon-size

15 aprel 2011, 13:00

Prezident İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində Astara rayonunda olmuşdur.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzindəki Heydər parkında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə Astara rayonunda və abidənin yerləşdiyi parkda aparılmış abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, rayonun mərkəzi olan bu ərazidə geniş abadlıq işləri görülmüş, müasir park salınmışdır. Heydər parkında Astara sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi