Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev İlham Əliyevə telefonla zəng edib
Text size
06 aprel 2016, 19:28
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələr və atəşkəs razılaşmasının əldə olunmasından sonrakı vəziyyət müzakirə edilib, münaqişənin beynəlxalq hüququn normaları əsasında ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.