Əsəd Eyvazovdan, Moskva vilayəti, Rusiya
Text size
06 aprel 2016, 18:15
Salam hörmətli cənab Prezident.
Dağlıq Qarabağda vəziyyətlə əlaqədar Milli Ordunun əsgəri olmağa namizədliyimi təklif etmək istərdim. Yaşımın az olmasına baxmayaraq Vətənimə kömək etmək istəyirəm. Doğma Vətənim uğrunda döyüşməyə hazıram. Razılıq versəniz doğmalarımla çiyin-çiyinə döyüşməyə şad olaram. Atam tankçıdır. O da böyük məmnuniyyətlə Vətəni uğrunda döyüşəcək.
Hörmətlə,
Eyvazov Əsəd Əsəd oğlu
Rusiya Federasiyası, Moskva vilayəti