İlham Əliyev Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteronu qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
06 aprel 2011, 18:00
Prezident İlham Əliyev Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteronu qəbul etmişdir.
Jan Pol Karteron xalqımızın ümummilli lideri Heydər Əliyev ilə görüşlərini məmnunluqla xatırladı. O, ölkəmizlə və xalqımızla bağlı xoş təəssüratlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycanda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəyini deyən Jan Pol Karteron bu tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğuladı.
Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmini vurğulayan Prezident İlham Əliyev forumun sivilizasiyalararası əməkdaşlığın möhkəmləndirilməsinə, xalqların bir-birinə daha da yaxınlaşmasına töhfə verəcəyinə əminliyini bildirdi.